Milad bayramı münasibətilə Britaniya Kraliçasının təbrik məktubu yayılıb

Milad bayramı münasibətilə Britaniya Kraliçasının təbrik məktubu yayılıb
21:48 25 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


London, 25 dekabr, AZƏRTAC 
Dekabrın 25-də Milad Bayramı münasibətilə Britaniya Kraliçası II Elizabetin təbrik məktubu yayılıb.
“Buckingham” sarayından ünvanlanan məktubda Kraliça 2015-ci ilin ağrılı-acılı keçdiyini bildirib. Qeyd edib ki, bu il dünyanın ayrı-ayrı ölkələrində törədilən terror hadisələri ilə yadda qaldı. Məktubda Kraliçanın İncildən gətirdiyi və nikbinliyin əks olunduğu sitat da yer alıb: “Nur qaranlıqda parlayır və qaranlıq onu aradan qaldırmaq iqtidarında deyil”.
2016-cı ildə görüləcək işlərin çox olduğunu qeyd edən Kraliça hər kəsə uğurlar arzulayır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milad_bayrami_munasibetile_Britaniya_Kralichasinin_tebrik_mektubu_yayilib-914539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR