Ərdoğan intihara cəhd edən gənci xilas etdi

Ərdoğan intihara cəhd edən gənci xilas etdi
22:14 25 Dekabr 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulun Boğaziçi körpüsündə intihar cəhdinin qarşısını alıb. APA-nın “Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, prezident körpüdən keçərkən bir nəfərin özünü körpüdən atmaq istədiyini görüb.

O, maşın karvanını dayandıraraq intihar etmək istəyən şəxsin yanına çağırılmasını istəyib. Prezidentin mühafizə rəisi həmin şəxsə yaxınlaşıb, prezidentin onunla görüşmək istədiyini deyib. Təxminən 5 dəqiqə davam edən danışıqdan sonra mühafizə rəisi və polislər intihara cəhd edən şəxsi razı salaraq, prezidentin yanına gətiriblər.

Qısa söhbətdən sonra intihar etmək istəyən şəxs Ərdoğanın əlini öpərək fikrindən daşındığını deyib.

Prezident isə onun problemlərinin həlli üçün lazımi şəxslərə göstəriş verib.

İntihar etmək istəyən şəxsin Siirt sakini Vəzir Çatraş olduğu açıqlanıb. İki uşaq atası olan V. Çatraş intihara ailədaxili problemlərə görə cəhd etdiyini bildirib. 

 







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR