Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Dekabr
22:15 25 Dekabr 2015
34 Ölkə
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

Rusiyanın 2016-cı il “Yol xəritəsi” artıq məlumdur. Prezident Putin bu xəritənin ilkin konturlarını ənənəvi illik toplantıda açıqlamışdı. Onun ölkənin ən varlı şəxsləri ilə görüşdə səsləndirdiyi fikirlər xəritəni daha da təkmilləşdirdi və Putinin mətbuat konfransında dediyi sözlər təsdiqini tapdı - 2016-cı il Rusiya üçün çətin il olacaq. Artıq Kreml həm sanksiyaların, həm də Qərbin yürütdüyü təcrid siyasətinin təsirini ciddi şəkildə hiss etməyə başlayır. Yanvarın 1-dən Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar tam şəkildə qüvvəyə minir, bundan başqa Moskva Avropa İttifaqı ilə azad ticarət zonası haqqında saziş dayandırılır. Bu, Avropa İttifaqı ilə analoji saziş imzalamış Ukraynaya Rusiya qarşısında çox önəmli üstünlüklər verir. Yaranmış situasiya onsuz da ağır durumda olan, ticarət imkanları məhdudlaşmış Rusiya şirkətlərinə daha bir zərbə vuracaq. Prezident artıq Ukrayna ilə ticarət əlaqələrinə malik şirkətlərə müvafiq xəbərdarlıq edib və hər vəziyyətə hazır olmağa çağırıb. Təbii ki, milyarderlərlə görüşün məqsədi təkcə bu olmayıb və ya ümumiyyətlə bu deyil. Görüşə qatılan şəxslər haqq-hesab bilən adamlardır və Avropa İttifaqı ilə azad ticarət sazişinin qüvvədən düşməsinin nəyə başa gələcəyini aylar öncədən hesablayıblar. Məsələ ticarət və iş imkanları məhdudlaşan şirkətləri motivasiya etmək də deyil, rusiyalı milyarderlərin əsas varidatı neft və neft məhsullarının satışı nəticəsində formalaşıb və neftin qiyməti düşürsə, gəlirləri azalan adamları heç bir formada motivasiya etmək olmaz. Putin-milyarderlər görüşünün əsas məramı ölkədən kapital axınının qarşısını almaq, daha doğrusu milyarderlərlə öz kapitallarını ölkədən çıxarmayacaqlarına dair centlmen sazişi imzalamaqdır. Rublun dəyərdən düşdüyü, neftin ucuzlaşdığı, Moskvaya tətbiq olunan və Moskvanın tətbiq etdiyi sanksiyalar nəticəsində iş imkanlarının məhdudlaşdığı dövrdə ölkədən kapital axınının sürətlənməsi Rusiya iqtisadiyyatını tam çökdürə bilər. 2016-cı ildə iş adamlarının öz pullarını ölkədən çıxarmasına imkan verməmək, əksinə onları xaricdəki kapitallarını ölkəyə gətirməyin vacibliyinə inandırmaq Kremlin iqtisadi kursunun əsas istiqaməti olacaq. Bunun üçün isə iş adamlarına konkret vədlər verilməlidir. Görüşdə bu vədlər verilibmi, yaxud hansı vədlər verilib sualının cavabını yalnız 2016-cı ilin ilk aylarında təxmin edə bilərik. Gələn il Rusiyada doğrudan da maraqlı hadisələr olacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226625

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR