Messi "İlin futbolçusu", Ronaldu isə 8-ci oldu

Messi "İlin futbolçusu", Ronaldu isə 8-ci oldu
22:37 25 Dekabr 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Marca" nəşri 2015-ci ilin nəticələrinə görə ən yaxşı futbolçuları seçib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, paytaxt qəzeti "İlin futbolçusu" kimi Lionel Messini göstərib. O, "Barcelona"dakı komanda yoldaşları Neymar və Luis Suarezi geridə qoyub. "Real"ın bombardiri Kriştianu Ronaldu isə siyahıda yalnız 8-ci olub. Maraqlıdır ki, siyahıda "Barcelona"nın 6 futbolçusu yer alıb.

"Marca"nın versiyasına görə 2015-ci ilin 10 ən yaxşı futbolçusu:

1. Lionel Messi (Barcelona)
2. Neymar (Barcelona)
3. Luis Suarez (Barcelona)
4. Andres İniesta (Barcelona)
5. Robert Levandovski (Bayern Munchen)
6. Serxio Buskets (Barcelona)
7. Klaudio Bravo (Barcelona)
8. Kriştianu Ronaldu (Real Madrid)
9. Antuan Qrizmann (Atletico Madrid)
10. Pol Poqba (Juventus)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR