Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib

Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib
23:23 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Tbilisi, 25 dekabr, AZƏRTAC
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili hazırda Baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.
Ölkə parlamentində hakim “Gürcü arzusu” partiyasının təşkil etdiyi koalisiya dekabrın 25-də Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Prezident Georgi Marqvelaşvili deyib: “Mən Georgi Kvirikaşvilinin namizədliyini dəstəkləyirəm və onun Baş nazir postuna təyin olunması ilə bağlı qərarı təsdiqlənmək üçün yenidən parlamentə təqdim etdim. İndi söz parlamentindir”.
G.Kvirikaşvili 1967-ci il iyulun 20-də Gürcüstanda anadan olub. Gürcüstan Prezidenti administrasiyasında işləyib, 1999-2004-cü illərdə parlamentin deputatı olub. M.Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan banklarında aparıcı postları tutan G.Kvirikaşvili 2006-2011-ci illərdə milyarder Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ilin oktyabrında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ilin iyulunda Baş nazirin müavini, 2015-ci il sentyabrın 1-də isə xarici işlər naziri təyin olunmuşdu.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gurcustan_Prezidenti_Bas_nazir_vezifesine_Georgi_Kvirikasvilinin_teyin_olunmasina_raziliq_verib-914548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR