Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib

Gürcüstan Prezidenti Baş nazir vəzifəsinə Georgi Kvirikaşvilinin təyin olunmasına razılıq verib
23:57 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili hazırda Baş nazirin müavini və xarici işlər naziri vəzifələrini icra edən Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkə parlamentində hakim "Gürcü arzusu" partiyasının təşkil etdiyi koalisiya dekabrın 25-də Georgi Kvirikaşvilinin Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Prezident Georgi Marqvelaşvili deyib: "Mən Georgi Kvirikaşvilinin namizədliyini dəstəkləyirəm və onun Baş nazir postuna təyin olunması ilə bağlı qərarı təsdiqlənmək üçün yenidən parlamentə təqdim etdim. İndi söz parlamentindir".

G.Kvirikaşvili 1967-ci il iyulun 20-də Gürcüstanda anadan olub. Gürcüstan Prezidenti administrasiyasında işləyib, 1999-2004-cü illərdə parlamentin deputatı olub. M.Saakaşvili hakimiyyətə gəldikdən sonra Gürcüstan banklarında aparıcı postları tutan G.Kvirikaşvili 2006-2011-ci illərdə milyarder Bidzina İvanaşvilinin təsis etdiyi "Kartu bank"ın baş direktoru olub. 2012-ci ilin oktyabrında Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ilin iyulunda Baş nazirin müavini, 2015-ci il sentyabrın 1-də isə xarici işlər naziri təyin olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR