Azərbaycan “Youth Action Summit” konfransında təmsil olunub

Azərbaycan “Youth Action Summit” konfransında təmsil olunub
00:23 26 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
“AIESEC Azərbaycan”ın sədri Məryəm Məcidova AIESEC və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Nyu-York şəhərində təşkil olunan “Youth Action Summit” konfransında iştirak edib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AZƏRTAC-a bildiriblər ki, yeddi gün davam edən konfransda müxtəlif ölkə təşkilatlarının gənc liderləri, ekspertlər dünyadakı qlobal problemlər ətrafında müzakirələr aparıblar. Konfransın əsas məqsədi “2030 Davamlı İnkişaf” məqsədlərinə nail olmaq üçün atılacaq addımları müəyyənləşdirmək və dünyanın bütün gənclərini bu hərəkata qoşulmağa dəvət etməkdir.
AIESEC “Youth Action Summit” konfransı haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://aiesecyouthactionsummit.com


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Youth_Action_Summit_konfransinda_temsil_olunub-914552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR