329 məshəti türkü Ukraynadan Türkiyəyə köçüb

329 məshəti türkü Ukraynadan Türkiyəyə köçüb
00:37 26 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Ukraynada yaşayan yüzlərlə məshəti türkü ötən axşam xüsusi təyyarə reysi ilə Kiyevdən Türkiyəyə gətirilib.
"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Ərzincan şəhərinin hava limanında 329 məshəti türkünü Türkiyənin Baş nazirinin müavini Yalçın Akdoğan qərənfillərlə qarşılayıb.  
"Tarixi vətəninizə xoş gəldiniz" deyən Akdoğanın sözlərinə görə, Türkiyəyə qüvvədə olan qanuna əsasən məshəti türklərinin vətəndaşlığa qəbulu prosesi sadələşdirilib. 
Baş nazirinin müavini qeyd edib ki, ümumilikdə 3 bin məshəti türkünün Ukraynadan Türkiyəyə köçməsi nəzərdə tutulub. Bu məqsədlə 580 ev inşa edilib.







Xəbərin orijinal ünvanı: http://report.az/region/329-mesheti-turku-ukraynadan-turkiyeye-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR