Nuriyyə Əhmədovanın doğum günüdür

Nuriyyə Əhmədovanın doğum günüdür
01:06 26 Dekabr 2015
63 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün mərhum xalq artisti Nuriyyə Əhmədovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, 1950-ci ildə Bakıda anadan olan N.Əhmədova M.A.Əliyev adına ADİİ-da aktyorluq fakültəsində təhsil alıb (1970-1974). İlk fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub. 2007-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. “Bəxt üzüyü”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Bağ mövsümü”, “Həm ziyarət, həm ticarət”, “Bəyin oğurlanması”, “Burulğan”, “Qətl günü”, “Ölsəm, bağışla”, “Yaşıl eynəkli adam” və s. filmlərdə çəkilib.
 
Qeyd edək ki, xalq artisti bu ilin sentyabrında xərçəng xəstəliyindən əziyyət çəkən oğlu Əli İslamzadəni itirib. Bu, onun ikinci övlad itkisidir. Bir neçə il əvvəl aktisanın qızı faciəvi şəkildə həyat yoldaşı tərəfindən öldürülmüşdü.

Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat edib. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunub.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR