Fransada müsəlman ibadətxanası dağıdıldı

Fransada müsəlman ibadətxanası dağıdıldı
01:59 26 Dekabr 2015
15 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın Korsika adasında müsəlman ibadətxanası dağıdılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident adanın paytaxtı Ayaçço şəhərində qeydə alınıb.

 

Bildirilir ki, ibadət zalına daxil olan etirazçılar bir neçə Quran nüsxəsini yandırmağa cəhd ediblər.

 

Fransa hökuməti ibadətxanaya hücumu pisləyib. Baş nazir Manuel Vals özünun “Tvitter” səhifəsində yazıb ki, müqəddəs yerdə bu cür təhqiramiz hərəkətlər qəbuledilməzdir . 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR