İmişlidə VAZ 2107 yük avtomobilinə çırpıldı: 3 ölü

İmişlidə VAZ 2107 yük avtomobilinə çırpıldı: 3 ölü
02:39 26 Dekabr 2015
102 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunda ağır yol qəzası nəticəsində 3 nəfər ölüb

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza saat 00.30-da İmişli şəhəri, H.Əliyev prospektində baş verib.

 

VAZ 2107 markalı avtomobil yolun kənarında dayanan QAZ-53 markalı yük avtomobilinə çırpılıb. Nəticədə 3 nəfər hadisə yerində dünyasını dəyişib. Meyitlər rayon morquna təhvil verilib.

 

Onların adları dəqiqləşdirilir. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində istintaq əməliyyatı aparırlar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR