Devalvasiya interneti də vurdu (VİDEO)

Devalvasiya interneti də vurdu (VİDEO)
03:21 26 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Manatın məzənnəsindəki dəyişiklik bütün sahələrdə olduğu kimi interneti də vurdu. Azərbaycan onsuz da internetin ucuz olmadığı ölkələrdən sayılırdı, indi bir az da bahalaşma ehtimalı yaranıb.

Ölkənin əsas internet provayderi “Delta Telecom” manatın dollar qarşsında ucuzlaşmasından sonra internetin qiymətini qaldırıla bilər. Müəssisə bunu həm daxili həm də xarici amillərlə əlaqəli olduğunu bildirib.

“Müəssisəmiz internetin əsas hissəsini Avropanın “Tier1” operatorlarından alır və xidmət euro və ABŞ dolları ilə aybaay ödənilir. Eyni zamanda internetin yüksək keyfiyyətinin təmin edilməsi üçün “Delta-Telecom” MMC tərəfindən ən azı 3 istiqamətdən xarici böyük tutumlu tranzit kanallar icarəyə götürülüb və ödənişlər aylıq euro və ABŞ dolları ilə həyata keçirilir. Daxili bazarda xidmətlərimizin qiymətlərini stabil saxlamaq üçün maksimum dərəcədə çalışırıq.” – deyə şirkət rəsmisi bildirib.

Ancaq qurum artımın səbəbləri kimi həm də pərakəndə internet satıcı şirkətlərin və işlədicilərin borclarını vaxtında ödəməməsini göstərir. Buna görə də yaxın vaxtlarda internetin qiymətinin artımı qaçılmaz olacaq. “Delta Telecom” borclulara xəbərdarlıq edib ki, gecikmiş ödənişlər üçün cərimə faizi tətbiq ediləcək.

Dekabrın 21-də Azərbaycanda devalvasiya baş verib. Bundan sonra milli valyuta manat xarici valyutalar qarşısında öz dəyərini sürətlə itirməyə başlayıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR