31 Dekabr bütün dünya azərbaycanlılarını həmrəyliyə səsləyən ümumxalq bayramıdır

06:03 26 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
31 Dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən ümumxalq bayramıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Xətai rayonu Heydər Əliyev adına liseydə keçirilən bayram şənliyində səslənib.
Rayon icra hakimiyyəti başçısının müavini Qafur Rəhmanov bildirib ki, artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Qeyd edilib ki, Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var.
Vurğulanıb ki, bayram günlərində sakinlərin rahat istirahətini təmin etmək məqsədilə tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq bütün təhsil müəssisələrində Yeni il şənliklərinin keçirilməsinə başlanılıb.
Çıxışlarda qeyd olunub ki, həmrəylik gününün böyük təntənə ilə qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib.
Tədbirdə liseyin şagirdlərinin hazırladıqları musiqilər, şerlər balacalarda xoş ovqat yaradıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/31_Dekabr_butun_dunya_azerbaycanlilarini_hemreyliye_sesleyen_umumxalq_bayramidir-914554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR