Bakıda qardaş qardaşı xüsusi amansızlıqla öldürdü

Bakıda qardaş qardaşı xüsusi amansızlıqla öldürdü
06:51 26 Dekabr 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda qardaşın öz qardaşını öldürməsi ilə nəticələnən ağır cinayət hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində, Aşıq Alı küçəsi 3 ünvanında baş verib. 45 yaşlı Elxan Həbibov yaşadıqları binanın həyətində qardaşı, 43 yaşlı Əbülfət Həbibovla mübahisə edib.

Mübahisə zamanı Elxan Həbibov üzərində gəzdirdiyi bıçaqla qardaşına bir neçə zərbə endirib. O, Əbülfət Həbibovun başına armatur parçası ilə də dəfələrlə zərbə vurub. Nəticədə 43 yaşlı Əbülfət Həbibov hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qardaşını amansızlıqla qətlə yetirən Elxan Həbibov saxlanılıb. Nərimanov rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Prokurorluqdan həmçinin, Elxan Həbibovun ruhi xəstə olduğu bildirilib. Onun qətlə yetirdiyi qardaşının da psixi problemləri olub. Həbibovların bir qardaşı bir neçə il əvvəl özünü yaşadıqları mənzilin eyvanından ataraq intihar edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR