"Qırmızıpapaq" salatı - FOTO

"Qırmızıpapaq" salatı - FOTO
07:05 26 Dekabr 2015
78 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az "Qırmızıpapaq" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

150 q toyuq 
1 qırmızı bibər 
150 q pekin kələmi 
1 yumurta 
2 x.q. yaşıl noxud konservi 
150 q pomidor 
şüyüd 
5 x.q. mayonez
duz

Pekin kələmini xırda doğrayın. 

Bişmiş toyuq ətini və bibəri xırda kubik doğrayın. 

Göy noxudun suyunu süzüb salata əlavə edin. 

Bişmiş yumurtanı xırdalayıb əlavə edin. 

Soğanı xırda doğrayıb salatla qarışdırın. Mayonez vurun. 

Salatı qaba yığın, üzərini hamarlayın. 

Pomidorları doğrayıb xırda doğranmış şüyüd və duzla qarışdırın. Bunu salatın üzərinə qoyun. 

Nuş olsun! 

Milli.Az 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/392070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR