Roma və Milanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq

Roma və Milanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq
07:07 26 Dekabr 2015
11 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Növbəti həftə Roma və Milanda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq.
Havanın həddindən artıq çirklənməsi və normadan çox tüstülü olması ilə əlaqədar hər iki şəhərin rəsmiləri yeni il ərəfəsinə xüsusilə səhər və günorta saatlarında “Yaşıl Zona” adlandırılan ərazilərdən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulması ilə bağlı qərar veriblər.
Havanın çirklənməsinin avtomobillərin atmosferə buraxdığı zərərli qazlarla əlaqədar müəyyən olunmuş normanı keçməsi böyük narahatlıq doğurub. Hətta, evlərdə və ofislərdə istilik sistemlərinin daha aşağı temperaturda işlədilməsi, əhalinin avtobus, tramvay və metro kimi ictimai nəqliyyat vasitələrinə üstünlük verməsi təklif olunur.
Bununla bağlı şəhərin aidiyyatı qurumları ictimai nəqliyyat vasitələrindən istifadə haqqının aşağı salınmasına da qərar veriblər. Bu kimi tədbirlər Romada iki, Milanda isə üç gün ərzində davam edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/roma-ve-milanda-neqliyyat-vasitelerinin-hereketine-mehdudiyyetler-qoyulacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR