Narendra Modi 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Narendra Modi 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib
07:27 26 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib. O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.

Görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR