Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib

Pentaqon Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib
07:52 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Rəsmi Moskva Bəşər Əsədlə bağlı mövqeyini dəyişməsə, Pentaqon Rusiya ilə əməkdaşlıq etməyəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəsmi nümayəndəsi Mişel Baldansa bəyan edib.
 
"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hələ ki Moskva diqqətini İŞİD-lə mübarizəyə cəmləşdirmək əvəzinə Bəşər Əsədə dəstək göstərir, hər hansı bir əməkdaşlıqdan söz gedə bilməz", deyə M.Baldansa bildirib.
 
Qeyd edək ki, dekabrın 25-də Rusiya Baş Qərargahının Operativ idarəsinin rəisi Sergey Rudskoy bəyan etmişdi ki, Moskva Suriyada terrorçuların obyektlərinə dair məlumatlarla bölüşməyə hazırdır və rəsmi Vaşinqtondan eyni hərəkəti gözləyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR