Milad bayramı münasibətilə Britaniya Kraliçasının video müraciəti yayılıb

Milad bayramı münasibətilə Britaniya Kraliçasının video müraciəti yayılıb
08:17 26 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Dekabrın 25-də Milad Bayramı münasibətilə Britaniya Kraliçası II Elizabetin video müraciəti yayılıb.
“Buckingham” sarayından edilən müraciətdə Kraliça 2015-ci ilin ağrılı-acılı keçdiyini bildirib. Qeyd edib ki, bu il dünyanın ayrı-ayrı ölkələrində törədilən terror hadisələri ilə yadda qaldı. Müraciətdə Kraliçanın İncildən gətirdiyi və nikbinliyin əks olunduğu sitat da yer alıb: “Nur qaranlıqda parlayır və qaranlıq onu aradan qaldırmaq iqtidarında deyil”.
2016-cı ildə görüləcək işlərin çox olduğunu qeyd edən Kraliça hər kəsə uğurlar arzulayır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/milad-bayrami-munasibetile-britaniya-kralicasinin-video-muracieti-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR