Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu
09:11 26 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın şimal bölgəsində 6.3 bal gücündə zəlzələ baş vermiş. ABŞ Qeoloji Araşdırma mərkəzinin məlumatlarına əsasən, zəlzələnin episentri Pakistan və Tacikistan sərhədi yaxılığında yerləşən Badaxşan vilayəti olub. Əfqanıstdan azı 30, qonşu Pakistanda isə 17 nəfərin xəsarət aldığı bildirilir. Ölüm halları barədə hələ kimi məlumat daxil olmayıb. Həmin bölgədə oktabrın 26-baş vermiş zəlzələdə yüzlərlə insan həlak olmuşdu. Yeraltı təkanlar Hindistana qədər bir çox ölkələrdə hiss olunub.

Əfqanıstan paytaxtı Kabil və Pakistanın paytaxtı İslamabadda ilk təkandan sonra sakinlərin kütləvi şəkildə təşviş içində evlərindən küçələrə çıxdığı bildirilir. Pakistanın Peşəvər şəhərində bəzi köhnə evlər və şəhər divarları uçub, Region Hind və Avrasiya tavalarının şimala doğru toqquşduğu zonada yerləşdiyindən, burada tez-tez güclü tektonik hadisələr baş verir.

2005-ci ildə pakistanın Kəşmir şəhərində baş vermiş 7.6 bal gücündə zəlzələ 75 mindən çox insanın həyatına son qoyub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR