Neftlə dolu yük qatarında yanğın baş verib

Neftlə dolu yük qatarında yanğın baş verib
09:12 26 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gecə saat 2 radələrində Şəmkir dəmiryol stansiyasının ərazisində yanğın hadisəsi baş verib. Bakıdan Gürcüstana daşınan neftlə dolu yük qatarının vaqonlarından biri anidən yanmağa başlıyıb.

 Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, əraziyə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Aparılan qabaqlayıcı tədbirlər nəticəsində, 36 vaqondan ibarət qatarın 15-ci vaqonunda başlayan alovu digər vaqonlara və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Yanğının səbəbləri araşdırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR