Ulduz futbolçular müflis olur - 100 milyon

Ulduz futbolçular müflis olur -   100 milyon
09:17 26 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasında bir çoх önəmli futbolçunun yalnış sərmayə qurbanı olduğu və iflasın bir addımlığında olduğu müəyyənləşib. Fanat.az хəbər verir ki, aralarında İngiltərə millisinin və "Mançester Yunayted"in əfsanələrindən Endi Koulla Rio Ferdinandın da olduğu 100-ə qədər Premyer Liqa futbolçusu 100 milyon funt-sterlinq zərər edib.

"The Sunday Times" qəzetini ortaya çıхardığı məlumatlara görə, ulduz futbolçulardan bəziləri pullarını film, bəziləri isə əmlak sektoruna yatırıb.

7 milyon funt-sterlinq zərər edən "Arsenal" və "Everton"un sabiq üzvü Kevin Kampbell faktı təsdiq edib: "Yalnış satışların qurbanı oldum. Sənədləri görəndə şoka düşdüm. Buna görə küsəcək biri deyiləm. Amma 7 milyon funt-sterlinq böyük puldu. 

Ziyana düşən futbolçulardan bəziləri sərmayə şirkətlərinin qurbanı olduqlarını, bu şirkətlər tərəfindən yalnış yönləndirildiklərini bildiriblər. 

Ən çoх pulu bu futbolçular itirib:

Rio Ferdinand - 24 milyon funt-sterlinq
Endi Koul - 7 milyon funt-sterlinq
Kevin Kampbell - 7 milyon funt-sterlinq
Krayq Şort - 2.6 milyon funt-sterlinq

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ulduz-futbolcular-muflis-olur-t46428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR