"Ceyş əl İslam"ı ürəyindən vurdular - VİDEO - FOTO.

"Ceyş əl İslam"ı ürəyindən vurdular - VİDEO - FOTO.
09:37 26 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan üsyançı qruplaşmalar arasında ən böyüklərindən və güclülərindən biri sayılan "Ceyş əl İslam"ın lideri Zəhran Əlluşla və qruplaşmanın 5 nüfuzlu komandiri dünən həlak olublar.

Milli.Az Əl Jazeera-ya istinadən bildirir ki, onlar Suriyanın paytaxtı Dəməşqin həndəvəri Qutada iki binanın bombardman edilməsi nəticəsində məhv olublar.
Həmin əraziyə Rusiyanın qırıcı-bombardmançı təyyarələri dünən raket-bomba zərbələri endiriblər.
Zəhran Əlluş və onun 5 müavini həmin vaxt Qutadakı gizli qərargahlarından birində idilər.
Şərqi Quta vilayətində ən böyük qiyamçı birləşmə olan "Ceyş əl İslam"ın 17 mindən artıq döyüşçüsü var. Qruplaşma İŞİD və "Əl Qaidə" ilə düşmən olsa da, "Ceyş əl İslam" terror təşkilatıdır və "Qərbə qarşı cihad" elan edib.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR