Bu bitki ABŞ-ı təhdid edir - FOTO

Bu bitki ABŞ-ı təhdid edir - FOTO
10:05 26 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Bu mənzərələr, sanki, fantastika filmlərindəki səhnələrdir. İlk baxışdan inanmaq olmur ki, fotolar Amerikada çəkilib. Çox təhlükəli vəziyyətdir.

İsveçli fotoqraf Helen Şmits köməkçisi Feliks Bridellə ABŞ-ın Corciya, Alabama və Cənubi Karolina ştatlarını dolaşaraq təbiətdəki təhlükəli dəyişiklikləri əks etdirən fotosessiya hazırlayıb.
Fotolar Nyu-Yorkdakı "Turn Gallery"də nümayiş olunur.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, iriyarpaqlı puerariya (pueraria lobata) və ya "kuzu" kimi tanınan bitki bu ştatlardakı bitkiləri məhv etməkdədir.
Paxlalı bitkilər sinfindəki sarmaşıq olan kuzu dünyanın ən aqressiv və invaziv bitkilərindən biridir.
Vətəni Çin olan kuzunun yayılmasının qarşısı alınmazsa, Biləşmiş Ştatların florasında ciddi dəyişikliklər baş verə bilər.

Kuzu ABŞ-da ilk dəfə 1876-cı ildə, Filadelfiyadakı "Centennial" sərgisində peyda olub. Yaponiyanın həmin sərgidəki pavilyonunda göstərilən bitki sonradan ABŞ-a hədiyyə edilmişdi.
O vaxtdan bəri ölkəyə yayılmağa başlayıb.
Kuzu qarşısına çıxan bütün bitkiləri məhv edir.
Toxumları yerə düşəndə hətta 3-4 illik "yuxu"dan sonra cücərən kuzu yay aylarında gündə 61 sm böyüyür. 

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR