2015-ə damğa vuran siyasi hadisələr

2015-ə damğa vuran siyasi hadisələr
10:11 26 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

2015 –ci il dünya üçün böyük razılaşmalar, siyasi, iqtisadi böhranlar, ölkələr arasında gərgin münasibətlər və qanlı terror hadisələri ilə yadda qaldı.

ANS PRESS-in məlumatına görə, il 7 - 9 yanvar tarixlərində Parisdə peyğəmbərin karikaturalarını dərc edən "Şarl-Hebdo" satirik jurnalının redaksiyasında, məsciddə və bir sıra başqa yerlərdə baş verən silahlı hücumlarla başladı. Avropa ilin ilk günlərində Paris terroru ilə silkələnsə də, Ukrayna münaqişəsinin səngiməsi ilə rahatlıq tapa bildi.

Münaqişənin miqyasının böyüdüyünü görən tərəflər - Ukrayna, Rusiya, Fransa və Almaniya problemin həlli üçün təsis edilən “Normandiya dördlüyü” ətrafında toplaşaraq fevralın 12-də Belarusun paytaxtı Minskdə atəşkəs razılaşması imzalaya bildi.


"Normandiya dördlüyü" dövlətlərinin başçıları


Ukrayna ətrafında münaqişə səngidiyi bir vaxtda Avropa Yunanıstanda dərinləşən maliyyə böhranı ilə silkələndi. Yuanıstanın düşdüyü çətin vəziyyət və Rusiyanın ölkədəki maraqları Avropa Birliyi (AB) dövlətlərini rəsmi Afinaya əlavə kreditlər ayırmağa məcbur etdi.

2014-cü ildə Ukraya münaqişəsi ilə kəşkinləşən ABŞ – Rusiya münasibətləri bu il pik həddə çatdı. Pisləşən münasibətlər qarşılıqlı sanksiyalarla müşayiət olundu. ABŞ hətta özünün 35 illik rəqibi Rusiyanın isə ən böyük müttəfiqlərindən biri olan İranla nüvə razılaşması əldə etdi.

Razılaşma iyul ayında Avstriyanın paytaxtı Vyanada əldə olunub. Bu il həm də Rusiyanın uzun illər təsiri altında olan sosialist Kuba ilə ABŞ arasında münasibətlər yaxşılaşdı, həmçinin qarşılıqlı səfirliklər açıldı.


İran və ABŞ rəsmiləri arasında iyul ayında baş tutan görüş


Bir tərəfədən sanksiyalar digər tərəfdən isə İran kimi böyük neft ixracatçısının bazara daxil olması Rusiyanın iqtisadi vəziyyətinin bu il daha da gərginləşdirirdi.

Qərbda bu hadisələr baş verdiyi vaxt şərqda İŞİD adı altında dünyaya meydan oxuyan terror təşkilatı İraq və Suriya ərazisində böyük neft və qaz yaraqlarını ələ keçirirdi. İŞİD Yaxın Şərqdə min illərlə qorunub saxlanılan tarixi abidələri dağıdır, həmçinin ərazidə özünə tabe olmayan insanları tutduqları torpaqlardan çıxmağa məcbur edirdi.


İŞİD-in dağıtdığı Suriyanın Palmira şəhəri

Elə bu səbəbdən də 2015-ci ildə tarixin ən böyük miqrant böhranlarından biri baş verdi. Avropa dövlətlərində miqrantların əleyhinə və leyhinə böyük mitinqlər təşkil edildi. Miqrant böhranın həllində böyük səy göstərən Angela Merkel ilin adamı seçildi. Avropaya miqrant axını davam etdiyi zamanda ABŞ başda olmaqla dünyanın 60-dan çox dövləti İŞİD terror təşkilatına qarşı koalisiya yaratsa da, bu vaxta qədər nəzərəçarpan nəticələr əldə olunmayıb. 60-dan çox ölkə İŞİD-ə qarşı mübarizə apardığı bir vaxtda Yəməndə Husi üsyançıları mərkəzi hökümətə qarşı üsyana başladı.



Avropa sahillərində miqrant böhranı


Yaxın Şərqin İŞİD terror təşkilatının fəaliyyəti və qurulan koalisiyanın bir nəticə əldə edə bilməməsi Rusiya, İran və Çin kimi böyük güclərin regionda marağının yaranmasına səbəb oldu. Bütün bu maraqlar Türkiyənin sərhədlərinə yaxın ərazidə toqquşduğu üçün istər – istəməz ən böyük təsiri də elə bu ölkə görürdü. 7 iyun seçkilərində hökümətini qura bilməyən Türkiyə xalqı İŞİD-dən ilk zərbəni Şanlıurfanın Suruc qəsəbəsində 20 iyulda 30- dan çox insanın ölümü ilə nəticələn partlayışla hiss etdi.


Suruc terrorundan sonra hadisə yeri


2 illik PKK ilə atəşkəsin pozulması fonunda təkrar seçkiyə hazırlaşan Türkiyə oktyabrın 10-da 126 nəfərin ölümü ilə nəticələnən terrorla silkələndi. Paytaxt Ankarada baş verən partlayış ölkə tarxininə ən böyük terror aktı kimi qara həriflərlə yazıldı. Noyabrın 1-də keçirilən təkrar parlament seçkilərindən sonra ölkədə vəziyyət bir az sabitləşdi.


Türkiyə tarixinin ən böyük terror hadisəsi


Türkiyə höküməti daxilində baş verən siyasi böhranı həll etməklə məşğul olduğu bir vaxtda Rusiya İŞİD-lə mübarizə adı altında onun qonşuluğlunda yerləşən Suriya ərazisinə müdaxilə etdi. Rusiya prezidenti Vladimir Putin konfrans və sammitlərdə dövlətləri onun terrorla apardığı mübarizəyə qoşulağa səsləyərək özünə yeni müttəfiqlər axtarmağa başladı. Baş verən siyasi gedişlərdən istifadə edən Bəşər Əsad 2015 –ci ilə adını yazdıra bildi. O, son 5 ildə ilk dəfə özündə güc tapıb, Rusiyaya səfər etdi.


Suriya prezidenti Bəşər Əsad və Rusiya prezidenti Vladimir Putin arasında görüş


Amma Rusiyaya terrorla mübarizədə təkbaşına hərəkət etməsi baha başa gəldi. Putinin Suriyada əməliyyatlara başladığı gündən 1 ay sonra yəni – 31 oktyabrda Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi havada qəzaya uğradı. İlk vaxtlar Rusiya hadisəni terror kimi qəbul etməsədə, Avropa və ABŞ-ın təzyiqləri qarşısında təyyarənin terror aktı nəticəsində qəzaya uğradığını qəbul etdi.


Rusiyanın qəzaya uğrayan A-321 təyyarəsi


Sentyabrda BMT –nin yubileyinə toplaşan liderlər terroru ləntləsələr də heç bir ay keçməmiş noyabrın 13 –də Avropanın ən təhlükəsiz dövlətlərində biri olan Fransanın paytaxdı Parisdə 153 nəfərin ölü ilə nəticələnən terror hadisəsi baş verdi.


Parisdə terrorun baş verdiyi ərazilər


Hadisədən sonra Fransa Suriyada terrorla mübarizə aparmaq üçün əməliyyatlara başladı. Paris terroru noyabrın 15 – 17 –də Türkiyənin Antalya şəhərində keçirilən G20 sammitinin gündəmini müəyyən etdi.


Parisdə terrordan sonra hadisə yeri

G20 sammitindən sonrakı dünyanın gündəmini isə 24 noyabrda Türkiyənin Rusiyaya məxsus qırıcı təyyarəni vurması müəyyənləşdirdi. Göstərilən tarixdən bu günə qədər davam edən qalmaqal son dövrlər inkişaf edən Rusiya və Türkiyə münasibətlərini kəskin şəkildə pisləşdirdi. Rusiya prezidenti Ərdoğanın İŞİD-dən neft alması barədə danışaraq vəziyyəti daha da gərginləşdirdi. Hadisədən sonra iki ölkə prezidentinin Beynəlxalq İqlim Dəyişikliyi Sammitində bir araya gəlməsi gözlənilsədə, Putinin imtinası ilə görüş ləğv edildi. Putin 17 dekabrda keçirdiyi illik mətbuat konfransında Türkiyə rəsmilərini təhqir etdi və onları ABŞ-la işbirliyində günahlandırdı.


Suriya-Türkiyə sərhədində təyyarənin düşməsi


Türkiyə isə bu gərgin münasibətlərin fonunda prezident Rəcəb Tayyib Ərdoğanın İraqın Mosul şəhərinə qoşun yeritməsi Rusiyanın dəstəyini alan rəsmi Bağdad və Ankara münasibətləri pisləşdirdi. İlin son ayında ən diqqətçəkən siyasi hadisəsi isə İŞİD terror təşkilatına qarşı yaradılması nəzrədə turulan “Terrora qarşı İslam Koalisiyası” oldu.


Hadisələrdən də görünür ki, bu ilə Vladimir Putin və İŞİD terror təşkilatı öz damğasını vurdu. İl ərzində Ukrayna münaqişəsinin səngimsə də və İranla ABŞ arasında əldə edilən nüvə razılaşmasından başqa demək olar ki, dünyada müsbət siyasi uğurlar müşahidə olunmayıb. Hətta son 7 il ərzində neftin qiyməti rekord həddə ucuzlaşdı. ABŞ neftin ixracı ilə bağlı 40 illik qadağanı ləğv etdi. Bütün bu hadisələr isə daha çox neft ixrac edən ölkələrin iqtisadiyyatını zəiflətmək məqsədilə atıldığı iddia olunur. 2015-ci ildə Yer kürəsi bir az da qeyri - sabit planetə çevrildi. Dünya ciddi siyasi və iqtisadi böhranlarla 2016-cı ilə qədəm qoyur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR