Azərbaycanda dəm qazından zəhərlənənlərin sayı azalıb

Azərbaycanda dəm qazından zəhərlənənlərin sayı azalıb
11:03 26 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il dəm qazından zəhərlənənlərin sayı ötən illə müqayisədə azalıb.

Azərbaycan Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, bu il payız mövsümündə Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə dəm qazından zəhərlənmə ilə əlaqədar 61 nəfər müraciət edib.

Bu il sentyabr ayında 4, oktyabr ayında 7, noyabr ayında isə 21, dekabr ayında isə 29 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Zəhərlənənlərin 60 faizi kişi, 35 faizi qadın, 3-5 faizi isə uşaqlar olub.

A.Maqsudov deyib ki, ümumilikdə bu il dəm qazından zəhərlənənlərin sayını ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azdır.

Dəm qazından zəhərlənmələrin daha çox dekabr, yanvar, fevral və mart aylarında baş verdiyini deyən A.Maqsudov insanlara ehtiyatlı olmağı tövsiyə edib.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR