Azərbaycanda nikaha daxil olmaq istəyən 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib

Azərbaycanda nikaha daxil olmaq istəyən 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib
11:13 26 Dekabr 2015
55 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu il iyun ayından sonra nikaha daxil olmaq istəyən 5500 nəfərdə talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında 40 cütlük aşkar edilib. Onlara lazımı tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR