​Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib

​Lionel Messi ilin ən yaxşı futbolçusu seçilib
11:22 26 Dekabr 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı üzvü Lionel Messi 2015-ci ilin ən yaxşı futbolçusu seçilib. "Report"un məlumatına görə, seçimlər İngiltərənin "Sky Sports" telekanalı tərəfindən aparılıb.
Seçim siyahısına İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarında çıxış edən futbolçuların adları daxil edilib. Ən yaxşılar cari ildə çıxış etdikləri oyunlarda aldıqları orta qiymətlər əsasında təyin olunub.
Siyahıya Messi başçılıq edir. Argentinalının orta qiyməti 8.821-dir. İkinci pillədə isə "Barselona"nın daha bir üzvü qərarlaşıb. Braziliyalı Neymara 8.370 bal verilib. İlk üçlüyü isə 8.077 balla PSJ-nin hücumçusu Zlatan İbrahimoviç qapayır. Digər yerlərdə Xames Rodriges (7.904), Kriştianu Ronaldu (7.900), Luis Suares (7.834), Riyad Marez (7.762), Məsut Özil (7.754), Nolito (7.753), Aleksis Sançes (7.724).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR