Lui van Qal güzəştə getdi

Oyunçularla söhbətləşən "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandada bəzi dəyişikliklər etmək qərarına gəlib.


Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, hollandiyalı ciddi intizam rejimini yumşaltmağa razılıq verib. O, bundan sonra komanda üçün vacib qərarlar verərkən həm də futbolçuların fikrini nəzərə alacaq.

Artıq oyunçular Milad ərəfəsindəki məşq rəjimini özləri müəyyənləşdiriblər. Həmçinin komanda üzvlərinin səhər, nahar və şam yeməkləri zamanı mütləq qaydada bir yerdə olmasına dair qaydalar da yumşaldılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR