Qış fasiləsinə 4-cü pillədə yollanan "Qəbələ" sürpriz transferə hazırlaşır. Yox, söhbət hər hansı ulduz oyunçudan getmir.
Sport7.az-ın əldə etdiyi özəl məlumata görə, Vaqif Cavadov, Vüqar Nadirovu göndərən "qırmızı-qaralar", onlarla eyni səviyyədə olan "Kəpəz"in forvardı Rəşad Eyyubovun xidmətindən maraqlıdı. Artıq tərəflər arasında razılıq əldə olunub. Yaxın günlərdə münasibətlərin rəsmiləşdirilməsi gözlənilir. Odur ki, Eyyubovun gəncəlilərlə olan 1 illik müqaviləsinə qarşılıqlı şəkildə xitam veriləcək.
Qeyd edək ki, 23 yaşlı hücumçu "Kəpəz"ə cari ilin sentyabrında keçmişdi.
Fanat.az