İl ərzində dövlət tibb müəssisələrində 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub

İl ərzində dövlət tibb müəssisələrində 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub
11:33 26 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Viruslu hepatitlərə yoluxmuş xəstələrin sayının artmasını nəzərə alaraq 2015-ci ildə bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Xüsusi Komissiya yaradılıb. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 2 min 356 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.
AZƏRTAC xəbər verir ki, bu faktları Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında çıxışı zamanı söyləyib.
Şöbə müdiri ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, bir çox mürəkkəb əməliyyatların, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatlarının aparıldığını bildirib. Qeyd edib ki, ilin əvvəlindən indiyədək 14 nəfərə qaraciyər köçürülüb, 78 xəstədə endoprotezləşmə əməliyyatı icra olunub. Bundan başqa, minlərlə xəstə, o cümlədən 391 uşaq üzərində kardiocərrahiyyə əməliyyatı həyata keçirilib. Yalnız 2015-ci ildə Səhiyyə Nazirliyinin tabeçiliyində olan müəssisələrdə 2 minə yaxın açıq ürək əməliyyatı icra olunub. “Sevindirici haldır ki, bu gün belə əməliyyatların aparılması üçün hətta qonşu ölkələrin vətəndaşları bizə müraciət edirlər. İl ərzində 7 Gürcüstan və 1 Qazaxıstan vətəndaşına qaraciyər transplantasiyası və 5 Gürcüstan vətəndaşına böyrək köçürülməsi əməliyyatı aparılıb”, - deyə G.Poladov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Il_erzinde_dovlet_tibb_muessiselerinde_2_mine_yaxin_achiq_urek_emeliyyati_icra_olunub-914578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR