Bakı Fond Birjasında ilk dəfə səhmlər üzrə market meyker fəaliyyətinə start verilir

Bakı Fond Birjasında ilk dəfə səhmlər üzrə market meyker fəaliyyətinə start verilir
11:38 26 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 28-dən Bakı Fond Birjasında (BFB) ilk dəfə olaraq səhmlər üzrə market meyker fəaliyyətinə start verilir.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Bakı Fond Birjası ilə birja üzvü olan "AzFinance İnvestisiya Şirkəti" QSC arasında market meyker müqaviləsi imzalanıb. "AzFinance İnvestisiya Şirkəti" BFB-də səhmlər üzrə ilk market meyker təyin edilib. Şirkətlə razılaşmaya əsasən, ilkin olaraq market meyker fəaliyyəti "Holcim Azərbaycan" ASC-nin səhmləri üzrə həyata keçiriləcək. Eyni zamanda, BFB tərəfindən market meykerin digər səhm buraxılışları üzrə likvidliyin təmin olunması müraciətinə baxılır.
Market meyker qeyd olunmuş qiymətli kağızlar üzrə 15 min manat həcmində BFB-də gündəlik alış və satış öhdəliyi daşıyır. Alış və satış qiymətləri arasında qiymətlər dəhlizi (spredi) 5 faiz təşkil edir.
Qeyd edək ki, BFB-də istiqrazlar üzrə fəaliyyət göstərən market meykerlər də daxil olmaqla, bazarda hazırda 3 market meyker institutu fəaliyyət göstərir. BFB-də market meyker institutunun yaradılması və təşviqi bazarda rəqabətli qiymətlərin formalaşması və likvidliyin artırılması məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Fond_Birjasinda_ilk_defe_sehmler_uzre_market_meyker_fealiyyetine_start_verilir-914582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR