"Müğənnilərin iç üzünü bilirəm" - Zaur Kamal

"Müğənnilərin iç üzünü bilirəm" -  Zaur Kamal
11:41 26 Dekabr 2015
117 Şou
Ölkə mətbuatı
A- A+

“Müğənnilərin iç üzünü bilirəm. Bütün günü də internetdəki xəbərləri izləyirəm. Ona görə də bilirəm ki, müğənniyə hansı sualı verəndə qıcıq yaradacaq”.

Axşam.az-ın məlumatına görə, bu sözləri “Xəzər” telekanalının aparıcısı Zaur Kamal “Star life” verilişinə açıqlamasında deyib:

“Beləcə, suallarımla sənətçilərin iç üzünü açıb göstərirəm. Əyləncəli veriliş aparana ciddi baxmırlar. Amma mən o fikri dəyişdirmişəm. 18 ildir televiziya sahəsindəyəm. Hərdən deyirəm ki, mən buralıq deyiləm. Sonra fikrimi dəyişirəm ki, adam naşükür olmaz.  Gecələr gəzmək, klublara getmək mənlik deyil”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR