Məşhur türk müğənnisi: "Türklüyümə nifrət edirəm"

Məşhur türk müğənnisi: "Türklüyümə nifrət edirəm"
11:46 26 Dekabr 2015
65 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli rok ifaçısı Fazlı Teoman jurnallardan birinə verdiyi açıqlama ilə ölkədə müzakirə mövzusuna çevrilib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Teoman bildirib ki, uşaqlıqda türk olduğuna görə nifrət edib. Həmin vaxt türk millətinə mənsub olması onun ürəyini bulandırıb.

Müğəni 14 yaşında İsveçrədə başına gələn hadisələr barədə açıqlama verib. O, jurnala açıqlamasında bu ifadələri işlədib. Teoman uşaq olarkən xalasının həyat yoldaşı ona deyib ki, əgər lotariya qazansan, İsveçrədə normal yaşaya bilərsən.


Fazlı Teoman - Türkiyəli rok ifaçısı

“Həmin vaxtlar mənim fikirlərim alt-üst oldu. Uşaq olduğum üçün bu sosial çətinliklər mənə çox pis təsir edirdi. Türkiyəyə, İstanbula, ağzına kimi dolu avtobuslara, palçıqlı küçələrə, işığın tez-tez sönməyinə, atasızlığa, kasıbçılığa və ən nəhayət türk olduğuma nifrət edirdim. Türk olmağım mənim ürəyimi bulandırırdı”.


Müğənin jurnala müsahibəsi


Rok ifaçısı lotareyanı qazanıb İsveçrədə qalmağı qarşısına məqsəd qoyub. O, bildirib ki, uşaqlıqda Elvis Presli kimi bir şəxs olmaq istəyib.

Fazlı Teoman 1967-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Sənətçi musiqi karyerasına 1986-cı ildə başlayıb. Sənətçı ilk albomunu 1996-cı ildə çıxarıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR