​Bu il Naxçıvan şəhərində 8 minə qədər smart-kart tipli qaz sayğacı quraşdırılıb

​Bu il Naxçıvan şəhərində 8 minə qədər smart-kart tipli qaz sayğacı quraşdırılıb
11:47 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu il Naxçıvan Muxtar Respublikada qazlaşdırılan yeni mənzillərin, fərdi evlərin və müxtəlif təyinatlı obyektlərin sayı 1343 olub. İl ərzində yaşayış məntəqələrində fərdi və ictimai yaşayış evlərinin qazlaşdırılması, korroziyaya uğramış boruların dəyişdirilməsi, tikinti işlərinin aparılması, yolların, su-kanalizasiya xətlərinin çəkilməsi və digər abadlaşdırma işləri ilə əlaqədar olaraq 185 961 metr qaz kəmərlərinin yeri dəyişdirilib və ya yenilənib. "Report" xəbər verir ki, bu barədə "Naxçıvanqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin "Şərq qapısı" qəzetində yer alan hesabatında deyilir.
Məlumata görə, qış mövsümündə təbii qaza olan tələbatın artması nəzərə alınaraq bütün sistem boyu qaz kəmərlərinə nəzarət edilib, texniki baxış zamanı aşkar olunan 25 628 sızma və digər nasazlıqlar aradan qaldırılıb:
"İstismara yararsız sayğaclar da yenisi ilə əvəzlənmiş, nasazlıq və qəzalarla bağlı daxil olan 18 547 müraciətə vaxtında baxılaraq qazın nəqli bərpa olunub. İl ərzində Naxçıvan şəhərindəki mənzillərdə 7 793 smart-kart tipli qaz sayğacı quraşdırılıb".
“Naxçıvanqaz” İstehsalat Birliyi 2015-ci il ərzində 485 ədəd yeni qaztənzimləyici, siyirtmə və nəzarət ölçü cihazı quraşdırıldığını da açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/bu-il-naxcivan-seherinde-8-mine-qeder-smart-kart-tipli-qaz-saygaci-qurasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR