Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/
Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyevə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilib. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov parlametin bu gün keçirilən 2014-cü ilin son plenar iclasında bildirib.
O.Əsədov qeyd edib: “Xalqın maraqları və tələbatı üzərində qurulan siyasətə görə cənab Prezidentə hamımızın adından öz minnətdarlığımızı bildiririk”.
Spiker qarsıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə cənab Prezidenti və ailəsini Milli Məclis adından səmimi qəlbdən təbrik edib və Prezidentə öz fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]