"Məqsədim dünyanın ən yaxşı futbolçusu olmaqdı"

"Mançester Yunayted"in forvardı Memfis Depay klubun rəsmi saytına açıqlama verib.


Hollandiyalı futbolçu dünyanın ən yaxşı futbolçusu olmaq istədiyini bildirib:

"Dünyanın ən yaxşı futbolçusu olmaq - bu, mənim məqsədimdi. İnanın mənə, bunun öhdəsindən gələ bilərəm. Belə təzyiq heç vaxt məni sındırmayacaq.

Bilirəm ki, daha yaxşı ola bilərəm. Sadəcə İngiltərədəki yeni həyatıma və Premyer Liqaya öyrəşməliyəm. Əlbəttə, istəyirsən ki, hər şey birdən-birə keçib getsin, amma bu, həmişə real olmur. Uğursuzluq variant deyil.

Nə vaxt yaxşı çıxış etdiyimi, nə vaxt isə pis oynadığımı bilirəm. Önəmlisi pozitiv qala bilməkdi. Hər gün dünyanın ən yaxşı oyunçusu olmaq üçün çalışıram. Bunu edərkən transfer dəyərim və daşıdığım əfsanəvi nömrə barədə düşünmürəm.

Fərq böyükdü. Burada müdafiəçilər güclüdülər, möhkəmdilər, heç nədən qorxmurlar. İlk oyunlarda bu, mənim üçün bir yenilik idi. Buna öyrəşməliyəm.

PSV-də hər oyun zirvədə olmaq lazım deyildi. Amma Premyer Liqada buna məcbursan. Maksimumunu ortaya qoymaq üçün çox çalışmalısan. "Mançester Yunayted"də oynayırsansa, "yaxşı" kifayət deyil.

Məndə piy yoxdu, bədənim sadəcə əzələdən ibarətdi. İlk bir neçə ay ərzində özümü bir az yumşaq hiss edirdim, amma indi sürətimin hər gün daha da yaxşıya doğru getdiyini hiss edirəm.

Driblinq haqqında daha az düşünməliyəm, onlar təbii alınmalıdı. "Uotford"a vurduğum qol və "Brügge" ilə oyun - bunlardan hələ çox olacaq, əminəm. Sözlərimi yadda saxlayın. Narahat olmayın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR