Azərbaycanın əsas internet provayderi 24,6 milyon dollar həcmində LTE-avadanlıq alır

Azərbaycanın əsas internet provayderi 24,6 milyon dollar həcmində LTE-avadanlıq alır
11:53 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın əsas provayderi "Delta Telecom" şirkəti LTE-avadanlıq (Long Term Evolution) alınması ilə bağlı "Alcatel Lucent Teletaş" şirkəti ilə razılaşma imzalayıb.

Trend-in məlumatına görə, razılaşmanın məbləği 24,6 milyon dollar təşkil edir. Müqavilə 31 mart 2016-cı ilə qədər ümumi məbləğin 30 faizi ödənildiyi halda qüvvəyə minəcək.

"Delta Telecom" şirkətindən daha öncə Trend-ə bildirmişdilər ki, LTE şəbəkəsi ilk növbədə Bakı və Abşeron yarmadasını əhatə edəcək.

Hazırda şirkət bir neçə baza stansiyalarının quraşdırılması üzərində işi başa çatdırıb. Şəbəkənin istismara verilməsi tarixi 2016-cı ilin əvvəlində elan olunacaq. Gələcəkdə LTE Delta Telecom şəbəkəsinin ölkənin bütün yaşayış məntəqələrini əhatə edəcəyi nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2474457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR