Myanmada torpaq sürüşməsi: 50-dək insan itkin düşüb

Myanmada torpaq sürüşməsi: 50-dək insan itkin düşüb
11:53 26 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Myanmada qızıl və nefrit mədənlərinin yerləşdiyi rayonda torpaq sürüşməsi baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində həlak olanlar və itkin düşənlər var.
Sürüşmənin baş verdiyi Xpakant şəhərinin yerli administrasiyanın rəhbərinin sözlərinə görə, təbii fəlakət zonasında xilasetmə işləri dekabrın 26-da səhər saatlarında başlayıb və indiyədək 5 nəfərin cəsədi aşkarlanıb. Bundan başqa 50-yə qədər insanın da itkin düşdüyü bildirilir.
Xatırladaq ki, noyabr ayında Myanmanın şimalında baş verən sürüşmə nəticəsində 100 nəfərdən çox insan həlak olmuşdu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Myanmada_torpaq_surusmesi_50_dek_insan_itkin_dusub-914589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR