Qənirə Paşayeva Bolunun fəal gəncləri ilə görüşüb

Qənirə Paşayeva Bolunun fəal gəncləri ilə görüşüb
11:59 26 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili Qənirə Paşayeva Boluda bölgənin fəal gənclər, qadın təşkilatları, QHT-ləri ilə görüşüb.

Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycana geniş diqqət ayırmağa çağıran millət vəkli Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, gənclər və qadın təşkilatları, QHT-ləri arasında da əlaqələrin getdikcə daha da genişlənməsindən söz açıb.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı, Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin taleyi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar, Xocalı soyqırımı, erməni vandalizmi barədə söz açan Q. Paşayeva ölkələrin fəal gənclər, qadın təşkilatları, QHT-ləri arasında əməkdaşlığın artmasının vacibliyi ilə də bağlı fikir bildirib.

Millət vəkili “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” seriyasından yaxın günlərdə çıxacaq yeni kitabında Bolu ilə də bağlı geniş yazının öz əksini tapacağını deyib.

Görüşün sonunda millət vəkili görüş iştirakçılarına Azərbaycana dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri, musiqi albomlarını da təqdim edib. Millət vəkili Q. Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və həmmüəllifi olduğu və Türkiyə türkcəsində çapdan çıxmış “Karabağ hikayeleri” ,“Hocalı Soykırımı tanıkların dilinden” kitablarını da təqdim edib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR