Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb

Azərbaycanda universitetlərdən birində əmək haqqı artırılıb
12:12 26 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən Elmi Şuranın iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib. Bu barədə "Report"a UNEC-dən məlumat verilib. 
Yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycabda-universitetlerden-birinde-emek-haqqi-artirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR