Putin üçün 2015-ci ildə ən önəmli hadisə (FOTO)

Putin üçün 2015-ci ildə ən önəmli hadisə (FOTO)
12:21 26 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə onun üçün ən önəmli hadisədən danışıb.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti onun üçün ən yaddaqalan hadisənin İkinci Dünya Müharibəsində qazanılan qələbənin 70-ci il dönümü olduğunu açıqlayıb.


Putin bu açıqlamanı Kremldə hər il yeni illə bağlı keçirdiyi rəsmi qəbulda edib.

“Keçmişdən nəticələr çıxarır, gələcək üçün planlar qururuq. Bu il bir çox hadisələr baş verdi, lakin ən önəmlisi Böyük Vətən Müharibəsində qazanılan qələbənin 70 illiyi oldu. Bu qələbəni ata və bablarımız önündə qürurla anırıq”- deyə Putin fikirlərini bölüşüb.

Digər tərəfdən Rusiya İctimai Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən sorğuya əsasən Rusiya vətəndaşlarının 43%-i 2015 –ci ilin ən önəmli hadisəsi olaraq, Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsini, 26%-i Rusiya və Türkiyə arasında yaranan gərgin vəziyyəti, 25%-i isə Ukraynada yaşanan hadisələri göstərdi.

Sorğuya qatılanların 47%-nin 2015-ci ilin 2014-cü ilə nisbətən daha pis keçdiyini, yalnız əhalinin 10%-i 2015- ci ilin yaxşı keçdiyini bildirib.



İkinci Dünya Müharibəsinin 70 illiyinə həsr olunan parad

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368217

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR