Başıbağlı türk qızın bu fotosu gündəm oldu

Başıbağlı türk qızın bu fotosu gündəm oldu
12:26 26 Dekabr 2015
96 Şou
Ölkə mətbuatı
A- A+

Əslən türk olan 17 yaşlı başıbağlı qızın Hollandiyada yayılan fotosu sosial mediada gündəm olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Laydendə "hardcore punk" konsertində seyrçilərin arasına atlayan qızın əllər üzərindəki görüntüsü geniş müzakirə açıb.

Fotonun müəllifi Jan Rijk "milləti nə olursa, olsun, musiqi insanları yaxınlaşdırır" deyib. O, gənc qızın fotonu gördükdən sonra onu taparaq şəklinin geniş kütləyə yayılmasına görə təşəkkür etdiyini bildirib. Lakin qız bundan nə qədər məmnun olsa da, ailəsində fotonun o qədər də xoş qarşılana bilməyəcəyini, anasının ona konsert qadağası qoya biləcəyini etiraf edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR