"Arsenal" ispan futbolçusuna məşqçilər qərargahında yer verəcək

"Arsenal"ın kapitanı Mikel Arteta karyerasını bitirdikdən sonra komandada qala bilər.


Metbuat.az "The Daily Mail"ə istinadən xəbər verir ki, "topçular" ispan futbolçuya məşçqilik vəzifəsini təklif edəcək. Məlumdur ki, Arteta artıq lisenziya kurslarına başlayıb.

33 yaşlı futbolçu zədə səbəbindən cari mövsümdə Premyer Liqada cəmi 7 matçda meydana çıxa bilib. Onun müqaviləsi mövsümün sonunda bitir.

"Arsenal"ın baş məşqçisi Arsen Venger də məsələyə münasibət bildirib:

"Əvvəla Mikel bizim gənclər sistemimizdən keçməli olacaq. Hərçənd məncə, o, əsas komandanın məşqçilər qərargahında da yer ala bilər.

Düzdü, indi bizim əlavə məşqçiyə ehtiyacımız yoxdu. Qərargahımdan çox razıyam. Çox təcrübəli mütəxəssislərimiz var. Amma gələcəkdə o, bizim məşqçimiz ola bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR