ADİU-da inzibati işçilərin əmək haqqı artırılıb

12:33 26 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Dekabrın 26-da Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi şurasının iclasında inzibati işçilərin ştat cədvəli müzakirə edilib və onların əmək haqlarının artırılması ilə bağlı qərar qəbul edilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, yeni ştat cədvəli layihəsinin təsdiqlənməsindən sonra inzibati, tədris köməkçi və xidmətedici heyətlər üzrə əmək haqqı 10 faiz artırılıb. Qərardan sonra 700-dən çox əməkdaşın vəzifə maaşında artım olub. Qərar müvafiq olaraq, universitetin şöbə, mərkəz və departamentlərində çalışan əməkdaşlara da şamil edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ADIU_da_inzibati_ischilerin_emek_haqqi_artirilib-914600

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR