Azərbaycan neftinin qiymətləri: 21-24 dekabr həftəsinin yekunları

Azərbaycan neftinin qiymətləri: 21-24 dekabr həftəsinin yekunları
12:38 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov – Trend:

Ötən həftə (21-24 dekabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 37,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,01 dollar/barel azdır.

Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 38,05, minimum isə 36,71 dollar/barel təşkil edib.

21-24 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 32,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1 dollar/barel azdır.

Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 33,07, minimum isə 31,81 dollar/barel olub.

21-24 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 36,23 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 0,91 dollar/barel azdır.

Ötən həftə "Brent"in maksimum qiyməti 37,08 dollar, minimum isə 35,76 dollar/barel təşkil edib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2474498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR