Tornado ABŞ-ın Alabama ştatında ciddi dağıntılar törədib

Tornado ABŞ-ın Alabama ştatında ciddi dağıntılar törədib
12:58 26 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 26 dekabr, AZƏRTAC
Tornado ABŞ-ın Alabama ştatında yerləşən Birmingem şəhərində ciddi dağıntılara səbəb olub.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Milli Meteoroloji Xidmətin məlumatına əsasən tornado şəhərə dekabrın 25-də yerli vaxtla təxminən 17:00-da daxil olub. ABC telekanalı təbii fəlakət nəticəsində xəsarət alanların olduğunu, şəhərə xeyli ziyan dəydiyini bildirib.
Hazırda Alabama ştatının bəzi rayonlarında ən yüksək - “qırmızı” təhlükə səviyyəsi elan olunub. Milli Meteoroloji Xidmət leysan yağışları və daşqınların ola biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın cənub-şərqində - Missisipi, Tennessi və Arkanzas ştatlarında baş verən qasırğa və leysan yağışları nəticəsində 14 nəfər həlak olub, bir neçə nəfər itkin düşüb və azı 40 nəfər xəsarət alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tornado_ABS_in_Alabama_statinda_ciddi_dagintilar_toredib-914604

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR