Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Doğum gününüz münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və şəxsən öz adımdan səmimi təbriklərimizi qəbul edin!
İcazə verin, Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının əmin-amanlığı, sabitliyi və rifahı naminə bütün təşəbbüslərinizdə uğurlar arzu edək.
Sizə və yaxınlarınıza ən xoş arzularla,
Radik Batırşin
“Mir” Dövlətlərarası Teleradio
Şirkətinin sədri