Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

13:22 26 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hesabat ilində yük avtomobili istehsalı 334 ədəd, traktor 941 ədəd təşkil edib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə yük avtomobilləri üzrə 45,9% artım, traktor istehsalı üzrə isə 17,2% azalma qeydə alınıb.
Rəsmi statistikaya əsasən maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin,avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 273,7 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 29,8%, sair nəqliyyat vasitələrinin istehsalı 0,5 % azalıb, avtomobil və qoşquların istehsalı isə 4,5% artıb. Hesabat dövründə məişət kondisioneri istehsalı 85,0% azalıb və 180 ədəd təşkil edib.  

Qeyd edək ki, hazırda Azərbaycanda avtomobil istehsalı Naxçıvan, Gəncə şəhərləri və Şamaxı rayonunda həyata keçirilir.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 31 157 ədəd azalaraq 2015-ci ilin yanvar-noyabr ayları ərzində 25 647 ədəd təşkil edib. Bunun 22 746 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. 

Xəbərin orijinal ünvanı: http://report.az/senaye/azerbayvcanda-minik-avtomobil-istehsali-61-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR