Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin direktoru Tatyana Tixomirova

13:33 26 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Həştərxan şəhərindəki “Heydər Əlirza oğlu Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbi” bələdiyyə büdcə ümumtəhsil müəssisəsinin və “Drujba uşaq bağçası” əlahiddə bölməsinin kollektivi, habelə uşaqlar və onların valideynləri adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, tükənməz yaradıcılıq enerjisi arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək, Sizi, həmçinin qızınız Leyla Əliyevanın fəaliyyətinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilməsi münasibətilə təbrik edirik.
Əminik ki, Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycan Respublikasının və onun dost xalqının inkişafı və firavanlaşması davam edəcək.
Ümidvarıq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Həştərxan vilayəti arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə yönəlmiş sosial əhəmiyyətli beynəlxalq layihələrin həyata keçirilməsinə bundan sonra da diqqət yetirəcəksiniz.
Hörmətlə,

Tatyana Tixomirova
Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli
orta ümumtəhsil məktəbinin direktoru

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR